Monakoda Burbon-Siciliyadan olan İtaliya şahzadəsi Mariya Karolina motosiklet sürərkən qəzaya düşüb.
Bakıvaxtı.az xəbər verir ki, 21 yaşlı Mariya Karolina divara çırpılaraq başını vurubş
O, hazırda xəstəxanadadır.
Şahzadə qeyd edib ki, dəbilqəsi onu ölümcül zədədən xilas edib. O, sosial şəbəkələrdə xəstəxanadan fotolar paylaşaraq izləyicilərini motosiklet sürərkən daha diqqətli olmağa və həmişə qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.