Goranboyda yanğın olub.
Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində baş verib. Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü C.Əsgərova məxsus ümumi sahəsi 80 kv.metr fərdi yaşayış evində yanğın olub.
Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 80 kv metr evin 16 kv.metr hissəsi yanıb. Yanğından mühafizə idarəsinin əməkdaşları tərəfindən söndürülüb. Yanğının söndürülməsinə köməklik göstərən ev sahibinin qonşusu, Hazirəhmədli kənd sakini, 1970-cı il təvəllüdlü K.Məmmədov tüstüdən zəhərlənərək Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirililib.
Faktla bağlı araşdırma aparılır.