• Bakı 25° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Sumqayıtda faciə: Kömək etmək istədiyi şəxslə birgə dənizdə boğuldu

HADİSƏ

27 Iyul 2025 | 20:55

Sumqayıtda faciə: Kömək etmək istədiyi şəxslə birgə dənizdə boğuldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər. Onlardan biri sudan çıxmağı bacarsa da, digərinə isə kömək etmək istəyən şəxs öz həyatını riskə ataraq dənizə girib.

2009-cu il təvəllüdlü Əli Cabbarov və ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.

Onların axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

27 Iyul 2025
26 Iyul 2025