• Bakı 26° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı 

HADİSƏ

28 Iyun 2025 | 08:41

5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı 

Samux rayonunda Kürdə batan şəxsin meyiti tapılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, sudan meyiti tapılan şəxs Samux rayonun Seyidlər kənd sakini, 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki hadisə bu ilin fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib.

Belə ki, Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman kürdə batıblar.

Hadisədən sonra Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır


SON XƏBƏRLƏR

27 Iyun 2025