• Bakı 24° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Seyfəddin Hüseynlinin qardaşları Rusiyada öldürüldü - YENİLƏNİB

HADİSƏ

27 Iyun 2025 | 23:44

Seyfəddin Hüseynlinin qardaşları Rusiyada öldürüldü - YENİLƏNİB

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.

    Belə ki, bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.

    FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

    Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.

    Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

    Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.

    Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.

    "Onlar tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib", - şahidlərdən biri E1.RU-ya bildirib.

    Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.

    ***

    22:57

    “OMON dəstələri bu gün Rusiyada iki qardaşımı da öldürüblər”.

    Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ədəbiyyatşünas Seyfəddin Hüseynli bildirib.

      Seyfəddin Hüseynli bildirib ki, qardaşları; Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb.

      Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib.

      Nəticədə Səfərov Ziyəddin Mehdi oğlunu işgəncə ilə öldürüblər. O biri qardaşlarını da naməlum istiqamətə aparıblar.


      SON XƏBƏRLƏR

      27 Iyun 2025