Ermənistanın Ararat rayonunun Avşar kəndinin keçmiş başçısı - Surik Qriqoryan saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
O, xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında, habelə mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunur.
Xatırladaq ki, 2025-ci il aprelin 9-da məlum olmuşdu ki, Baş Prokurorluğun qanunsuz istehsal olunmuş əmlakın müsadirə edilməsi idarəsi Ararat rayonunun Avşar icmasının keçmiş rəhbəri Surik Qriqoryanın və ona bağlı şəxslərin əmlakının Ermənistan Respublikasının xeyrinə bərpa olunmasını tələb edib.
Söhbət İrəvan şəhəri ilə yanaşı, Avşar, Noyakert və Yeğeqnavan kəndlərindəki 17 daşınmaz əmlakdan gedirdi.