WhatsApp istifadəçilərini birbaşa maraqlandıran yeni bir xüsusiyyət üzərində iş gedir.
Bakıvaxtı.az xəbər verir ki, artıq hesabı silməyə ehtiyac olmadan “oturumu bağla” funksiyası ilə WhatsApp-dan müvəqqəti uzaqlaşmaq mümkün olacaq.
Platformanın son beta versiyasında (v2.25.17.37) sınaqdan keçirilən bu yenilik sayəsində istifadəçilər tətbiqdən tam çıxmadan, ancaq hesabdan çıxaraq istirahət edə biləcəklər.
Bu yeni funksiyanın əsas məqsədi, istifadəçilərə WhatsApp istifadəsinə müvəqqəti ara vermək imkanı yaratmaqdır – yəni hesab silinmir, məlumatlar itmir.
Gözlənilən yeniləmə ilə birlikdə WhatsApp-ın parametrlər bölməsində iki ayrı seçim təqdim olunacaq:
1. Veriləri və üstünlükləri silərək çıxış: Bu seçim tətbiqi cihazdan silməklə hesabdan çıxmağa imkan verəcək. Bu zaman istifadəçinin məlumatları silinir, lakin üzv olduğu qruplardan çıxarılmır.
2. Veriləri qoruyaraq çıxış: Bu daha “mola” xarakterli seçimdir. İstifadəçi hesabından çıxır, lakin bütün söhbətlər və qrup üzvlüyü olduğu kimi qalır. Yenidən daxil olmaq istədikdə sadəcə giriş etmək kifayətdir.
WhatsApp bu funksiyanı istifadəyə vermək üçün testlərini davam etdirir və yaxın zamanda bütün istifadəçilər üçün əlçatan olması gözlənilir.
Nuriyyə Musayeva