Sabunçu rayonu Zabrat qəsəbəsində su kəsiləcək.
Bu Barədə Bakıvaxtı.az-a ADSEA-dan məlumat verilib.
Zabrat qəsəbəsini içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar 30 may səhər saatlarından axşam saatlarınadək qəsəbəyə suyun verilməsində fasilə yaranacaq.
Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.