Ukrayna Müdafiə Məsələləri üzrə Əlaqə Qrupunun iştirakçı ölkələri Kiyevə növbəti yardımı müzakirə etmək üçün iyunun 4-də Brüsseldə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
"Böyük Britaniya və Almaniya iyunun 4-də NATO-nun mənzil-qərargahında Ukrayna Müdafiə Məsələləri üzrə Əlaqə Qrupunun iclasını çağırıb", - məlumatda bildirilib.