27.05.2025-ci il tarixində saat 05:20 radələrində Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, çağırış əsasında saat 05:30 radələrində ünvana təcili tibbi yardım briqadası cəlb edilib.
Qeyd olunub ki, hadisə yerində 2002-ci il təvəllüdlü şəxsin vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib, dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb.
Qurumdan bildirilib ki, zahı qadın Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyent stasionar tibbi xidmətdən imtina edərək evə buraxılıb.
Sözügedən şəxs 28.05.2025-ci il tarixində saat 10:10 radələrində isə yenidən təcili tibbi yardım avtomobili vasitəsilə Perinatal Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü şəxs hamiləlik dövründə heç bir tibb müəssisəsində qeydiyyatda olmayıb".
Mina Mikayılova