• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İrəvan delimitasiyanın davam etdiriləcəyi yeri AÇIQLADI

SİYASƏT

29 May 2025 | 14:10

İrəvan delimitasiyanın davam etdiriləcəyi yeri AÇIQLADI

Sərhədlərin delimitasiyası prosesi yerində dayanmayıb: Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupları əlaqə saxlayır və irəliləmək üçün işlərini davam etdirirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 29-da jurnalistlərlə söhbətində bildirib.

O, deyib ki, iki ölkə arasındakı sərhədin 12,7 kilometri delimitasiya olunub, orada qoşunlar yerləşdirilib və son 5 ildə bu ərazilərdə cəmi bir insident qeydə alınıb.

“Biz sərhəd qoşunlarının yerləşdirilməsi və digər ərazilərdə də sabitliyin bərqərar olması üçün delimitasiyanın  davamı ilə bağlı Azərbaycanla işləyirik”, - Qriqoryan əlavə edib.

O, izah edib ki, son razılaşmaya əsasən, Ermənistan, Gürcüstan və Azərbaycan sərhədinin kəsişməsindən “bir qədər aşağıda” olan hissədən delimitasiya davam etdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026