• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

DÜNYA

29 May 2025 | 18:59 | Müəllif: Subhan Mahmudov

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

İstanbul Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün ideal seçimdir.

Bakıvaxtı.az TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Polşadan Ukraynaya gedən qatarda onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı bildirib.

"Biz nizamlanma işində irəliləyiş görməyə başladıq. Bütün aspektləri nəzərə alaraq, tərəflərin oturub razılaşması üçün bir yer lazımdır. Əslində, Türkiyə bunun üçün ideal seçimdir. Bildiyiniz kimi, Rusiya tərəfi Moskvaya səfərimdən dərhal sonra bunu (iyunun 2-də İstanbulda danışıqların aparılması təşəbbüsü) bəyan etdi. Bu, indiki məqamda mühüm hadisədir", - Fidan qeyd edib.

Onun sözlərinə görə, Ukrayna hökuməti, xüsusilə də Prezident Volodimir Zelenski ilə görüşləri planlaşdırılıb. Bu görüşlərdə Türkiyənin mövqeyi və bütün tərəflərin vəziyyətə baxışı, həmçinin atəşkəsin vacibliyi müzakirə olunacaq./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026