• Bakı 28° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Bakıda daha bir məktəb direktoru işdən ÇIXARILDI - FOTO

CƏMİYYƏT

29 May 2025 | 17:37

Bakıda daha bir məktəb direktoru işdən ÇIXARILDI - FOTO

Bakı şəhəri Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, onunla imzalanan əmək müqaviləsinə xitam verilib.

Məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) saytımıza təsdiqləyiblər.

"Bakı şəhərindəki 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova ilə bağlanmış əmək müqaviləsinə 23 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib",- deyə BŞTİ-dən verilən cavabda qeyd edilib.

Qeyd edək ki, Əmək Məcəlləsinin sözügedən maddəsinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.


SON XƏBƏRLƏR

29 May 2025