• Bakı 28° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb - YENİLƏNİB

DÜNYA

29 May 2025 | 14:30

Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb - YENİLƏNİB

Cənubi Koreyanın cənub-şərqində yerləşən Pohang şəhərində hərbi təyyarənin dağa çırpılaraq qəzaya uğraması nəticəsində göyərtədə olan dörd nəfərin hamısı ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    Həlak olanların dördünün də cəsədinin aşkarlandığı bildirilib. Onların şəxsiyyətinin müəyyənləşdirilməsi aparılır.

    ***

    11:30

    Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, iki nəfər həlak olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.

    Təyyarədə ümumilikdə dörd nəfər olub. Hazırda xüsusi xidmət orqanları iki meyiti aşkar edə biliblər.

    ***

    09:35

    Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    "Hərbi-dəniz qüvvələrinə məxsus təyyarə cənub-şərqdəki Pxoxan şəhərində dağda qəzaya uğrayıb", - agentlik bildirib.

    Təyyarədə olan dörd nəfərin taleyi barədə heç nə məlum deyil.

    Qeyd edək ki, əvvəlcə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilirdi. Hadisə yerli vaxtla təxminən 13:52-də baş verib.


    SON XƏBƏRLƏR

    29 May 2025