• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan və Keniya arasında şəhərsalma müzakirəsi

İQTİSADİYYAT

29 May 2025 | 19:40 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Keniya arasında şəhərsalma müzakirəsi

Azərbaycan Keniya ilə mənzil təminatı, ekoloji cəhətdən təmiz, təhlükəsiz və dayanıqlı şəhərsalma sahəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.

"Nayrobi şəhərinə səfər çərçivəsində Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome ilə səmimi görüş keçirilib. Həmçinin, əziz həmkarımızı 2026-cı ildə Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə, "yaşıl" və dayanıqlı şəhər inkişafı ilə bağlı təcrübə mübadiləsinə qoşulmağa dəvət etdik", - A. Quliyev bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026