• Bakı 28° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Türkiyənin “Dron Koalisiyası”na qoşulması nə vəd edir?

DÜNYA

29 May 2025 | 17:09

Türkiyənin “Dron Koalisiyası”na qoşulması nə vəd edir?

Türkiyə və Belçika Ukraynanın müdafiə üzrə təmas qrupunun çərçivəsində fəaliyyət göstərən “Dron Koalisiyası”na qoşulmaq istədiklərini bildiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds “Dron Koalisiyası”nın sammitində məlumat verib. O bildirib ki, “Dron Koalisiyası” formatında iştirak edən ölkələr artıq ortaq alış fonduna təxminən 180 milyon avro toplayıblar və bu fonda Birləşmiş Krallıq rəhbərlik edir.

“Dron Koalisiyası”nin fəaliyyəti nədən ibarətdir və Ukrayna münaqişənin həllinə təsir etmək imkanına malikdirmi? Türkiyənin bu Koalisiyasıya qoşulması region üçün nələr vəd edə bilər?

Mövzu ilə bağlı politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ Ukraynaya yardıma imtina edəndən sonra könüllülər koalisiyası sayılan "Dron Koalisiyası" yaradılıb.

Onun sözlərinə görə, bunu Koalisiyaya təkcə Avropa İttifaqının aparıcı ölkələri deyil, Kanada kimi digər ölkələr də daxildir. "Dron Koalisiyası"nda söhbət bu gün müasir müharibələrdə ən çox istifadə olunan silah növlərindən gedir:

"Bu cür Koalisiyasının mövcudluğu perspektivdə Avropanın təhlükəsizliyinə fayda verirsə, digər tərəfdən də Koalisiyasının birgə yaratdığı şərait və təchizat olaraq verilən dronlar Ukraynanın müharibədəki imkanlarını genişləndirir. Çünki indiki məqamda Ukraynanın fiziki cəhətdən Rusiyanın hərbi gücü qarşısında imkanları məhduddur. Ukraynada 10 milyondan çox insan öz ölkəsini tərk edib. Bu gün Ukrayna ordusu üçün əsgər toplamaq ciddi problemlərdən birinə çevrilib. Bu baxımdan səfərbərlik Ukraynada ən böyük problemlərdən biridir. Bu vəziyyəti döyüşdə kompensasiya edən yeganə amil dronlardır".

Natiq Miri, politoloq

N.Miri hesab edir ki, bu gün Türkiyə ən müasir və güclü hücum və kəşfiyyat dronlarının istehsalında dünyada iki yerdən birini tutur. Ona görə də Türkiyənin sözügedən Koalisiyada iştirakı Ukraynanın Rusiyanın hücumlarının qarşısını almasına ciddi töhfə verəcək.

"Mövcud vəziyyətfə məhz dronlar vasitəsilə Rusiyanın əksər hücumlarının qarşısı alınır və konkret sızmalara əngəl olmaqla yanaşı, bunu həyata keçirən qüvvələr məhv edilir. Paralel olaraq, bu gün dronlar vasitəsilə kəşfiyyat aparılır, dəqiq kordinasiyalar müəyyən olunur və havadan müdafiə sistemləri məhv olunur. Ona görə də dron bugünkü müasir müharibələrin olmazsa, olmazıdır. "Dron Koalisiyası"nın yaradılması Ukraynanı daha çox sayda dronla təchiz etmək xarakteri daşıyır", - deyə politoloq vurğulayıb.

Qeyd edək ki, “Dron Koalisiyası” 2024-cü ilin fevralında yaradılıb və indiyədək Ukraynaya 1.8 milyard avro həcmində yardım göstərib. 2025-ci ildə bu yardımın 2.75 milyard avroya qədər artırılması planlaşdırılır. Hazırda “Dron Koalisiyası”na 18 dövlət daxildir, Belçika və Türkiyənin əlavə olunması ilə isə iştirakçıların sayı 20-yə çatacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 May 2025