• Bakı 28° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Hərbçimiz Kəlbəcərdə minaya DÜŞDÜ - YENİLƏNİB

HADİSƏ

29 May 2025 | 16:41

Hərbçimiz Kəlbəcərdə minaya DÜŞDÜ - YENİLƏNİB

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib.

    Hazırda ibtidai istintaq aparılır.

    ***

    13:16

    Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb: "Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub".


    SON XƏBƏRLƏR

    29 May 2025