Rusiyada ayı yerli sakinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Primorsk vilayətinin Çuqevski rayonunun Lenino kəndi yaxınlığındakı meşədə baş verib.
Bildirilib ki, 32 yaşlı zərərçəkən tibb müəssisəsinə yerləşdirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb. Kişinin aldığı xəsarətlərin detalları barədə də məlumat verilməyib.
Hadisə yerinə baxış keçirən polis əməkdaşları ərazidə araşdırma aparıblar. Aqressiv davranış sərgiləyən heyvan meşənin dərinliklərinə doğru hərəkət edib. Hazırda heyvanın axtarışı Daxili İşlər Nazirliyinin əməkdaşları, Ovçuluq Nəzarəti İdarəsinin və Heyvanlar Aləminin Mühafizəsi, Nəzarəti və İstifadəsinin Tənzimlənməsi Şöbəsinin mütəxəssisləri tərəfindən davam etdirilir.
Yerli sakinlərə isə təhlükəsizlik məqsədilə yaxın günlərdə meşənin təhlükə yarada biləcək hissələrinə daxil olmamaq tövsiyə olunub.
Mina Mikayılova