• Bakı 30° C

    7.21 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

"Abşeron Şəhidləri" saytında şəhidin fotosu ilə bağlı yol verilmiş səhv düzəldildi - YENİLƏNİB + FOTO

CƏMİYYƏT

29 May 2025 | 17:38

Abşeron Şəhidləri saytında şəhidin fotosu ilə bağlı yol verilmiş səhv düzəldildi - YENİLƏNİB + FOTO

Xəbər verdiyimiz kimi, Abşeron rayonundan olan şəhidlərin xatirəsini yaşatmaq məqsədilə yaradılmış "Abşeron Şəhidləri" adlı saytda ciddi yanlışlığa yol verilmişdi.

Bakıvaxtı.az-ın məlumatına görə, qeyd olunan səhv artıq düzəldilib.

Belə ki, Şəhid Sadıqov Rəsulun orijinal fotosu ilə əvəzlənib və məlumat yenilənib. Sayt administrasiyası gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə yoxlama mexanizmlərinin tətbiq olunacağını bildirib.

Əli Hüseynov

***

16:57

Abşeron rayonundan olan şəhidlərin xatirəsini yaşatmaq məqsədilə yaradılmış "Abşeron Şəhidləri" adlı saytda ciddi yanlışlığa yol verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, saytda şəhid Sadıqov Rəsula aid olduğu qeyd edilən fotoşəkil Azərbaycan Ordusunun deyil, ABŞ ordusuna məxsus hərbi formaya montaj edilib.

Sözügedən paylaşım sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və qısa zamanda geniş müzakirələrə səbəb olub. 

Həmin görüntüləri təqdim edirik.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025