• Bakı 10° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Data və kvantum platformaları yaradıla bilər

CƏMİYYƏT

11 Dekabr 2025 | 12:36

Data və kvantum platformaları yaradıla bilər

Azərbaycan ilə IBM şirkəti ölkənin rəqəmsal transformasiyası, suveren "bulud", data və kvantum platformalarının yaradılması, həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika layihələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr R.Nəbiyev ilə IBM şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima Alatel arasında aparılıb.

"Eyni zamanda, innovasiya mərkəzləri və kadr hazırlığı proqramları vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya modelləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.


SON XƏBƏRLƏR