• Bakı 10° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

İran Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

SİYASƏT

28 Aprel 2025 | 18:08

İran Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

***17:38

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Bakıvaxtı.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.


SON XƏBƏRLƏR