Gəncədə iki nəfər bıçaqlanıb, biri ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Bıçaqlanan şəxslər 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbovdur. Məlumata görə, Eyyub Talıbovun həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralının isə vəziyyəti ağır olaraq qalır./“Qafqazinfo”