• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ötən gün kartlardan 9 min manata yaxın pul oğurlanıb

HADİSƏ

28 May 2025 | 10:12

Ötən gün kartlardan 9 min manata yaxın pul oğurlanıb

Ötən gün vətəndaşların 9 min manata yaxın pulu talanıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xudmətindən məlumat verilib.

    Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3000, 2000, 1003, 696, 660, 426, 300, 270, 220, 111, 110, 51 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, -məlumatda qeyd edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026