• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Şəhid atası vəfat etdi 

HADİSƏ

26 Iyun 2025 | 21:12

Şəhid atası vəfat etdi 

Vətən müharibəsi şəhidi Sübhan Əbilzadənin atası vəfat edib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhidin 75 yaşlı atası Arif Əbilzadə bu gün sakini olduğu Biləsuvar rayonun Nərimankənd kəndində dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Sübhan Arif oğlu Əbilzadə 1998-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. O, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub və  qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və  “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.


SON XƏBƏRLƏR

26 Iyun 2025