• Bakı 10° C

    9.19 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Rusiya XİN Hindistan və Pakistanı dialoqa ÇAĞIRDI

DÜNYA

28 Aprel 2025 | 20:24

Rusiya XİN Hindistan və Pakistanı dialoqa ÇAĞIRDI

Rusiya Hindistan və Pakistan arasında gərginliyin artması ilə əlaqədar hər iki tərəfi təmkinli olmağa və dialoqa çağırır.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bazar ertəsi Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüşlər keçirib.

Camali ilə görüşdə tərəflər Rusiya-Pakistan əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin aprelin 22-də Kəşmirdə baş vermiş terror aktı ilə əlaqədar İslamabad və Yeni Dehli arasında gərginliyin artması məsələsini müzakirə ediblər.

“Rusiya hər iki tərəfi təmkinli olmağa və fikir ayrılıqlarının sülh yolu ilə həllinə yönəlmiş konstruktiv dialoqa çağırıb”, - məlumatda bildirilir.

Öz növbəsində, Hindistan səfiri ilə görüş zamanı Rudenko cari ikitərəfli məsələləri və qarşıdan gələn siyasi təmasların qrafikini, həmçinin Cənubi Asiya regionunda ümumi vəziyyəti, o cümlədən terror aktı ilə əlaqədar Yeni Dehli və İslamabad arasında gərginliyin artmasını müzakirə edib.

Xatırladaq ki, aprelin 22-də Hindistanın şimalındakı Pahalqam şəhərində turistlərin cəmləşdiyi yerdə terror aktı baş verib. Bir qrup silahlı şəxs insanları atəşə tutub. Son məlumatlara görə, hücum nəticəsində 26 nəfər ölüb.

Hücumdan sonra Hindistan və Pakistan bir-birinə qarşı hava məkanını bağlamaq və vizaları ləğv etmək kimi bir sıra tədbirlər görüb və bu da iki ölkə arasında gərginliyin artmasına səbəb olub./report


SON XƏBƏRLƏR