Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindən Suriyaya qayıdan qaçqınların sayını açıqlayıb.
Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə “Türkiyə əsrində köç idarəçiliyi” proqramında çıxışında deyib.
“Suriyada 13 il yarım davam edən zülm və toqquşmalar 2024-cü il dekabrın 8-dən sonra başa çatıb. Bir milyon insanı öldürən Əsəd rejimi devriləndən sonra Suriya xalqının azadlığını təmsil edən yeni iqtidar formalaşdı. Suriya toparlandıqca, ölkədə sabitlik və təhlükəsizlik mühiti formalaşdıqca ölkəsinə qayıdan suriyalıların sayı artdı. Dekabrın 9-dan bəri sadəcə Türkiyədən Suriyaya qayıdanların sayı 931 bir min 540 nəfərə çatıb”, - Türkiyə Prezidenti söyləyib.