Almaniya kansleri Fridrix Merz danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Ukrayna lideri Volodimir Zelenskinin çıxışını tərcümə problemlərini əsas gətirərək yarımçıq kəsib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.
Bunun fonunda Zelenski Merzdən "Sizin üçün tərcümə etmirlər?", - deyə soruşub.
Merz isə cavabında müasir texnologiya ilə bağlı çətinlikləri əsas gətirib.