• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Lukaşenkodan İrana dəstək: Tək deyilsiniz

DÜNYA

27 Iyun 2025 | 15:59 | Müəllif: Gülşən Şərif

Lukaşenkodan İrana dəstək: Tək deyilsiniz

“ABŞ və İsrail tərəfindən İranın nüvə obyektlərinə son zərbələr beynəlxalq hüququn ən təhlükəli şəkildə pozulması deməkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında olan nüvə obyektlərinə son zərbələr beynəlxalq hüququn, o cümlədən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə və 1949-cu il Cenevrə Konvensiyalarının ən təhlükəli şəkildə pozulmasıdır. Həmkarımıza (Prezident Məsud Pezeşkian) uğurlar, İran xalqına, yaxın adamlarımıza isə bu gün yaranmış bütün problemlərin öhdəsindən gəlməyi arzulayırıq. Biləsiniz ki, müqavimətinizdə tək deyilsiniz”, - Lukaşenko qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026