• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Tramp əsəbidir, Putinin addım atmasını gözləməkdən yorulub - Rubio

DÜNYA

27 Iyul 2025 | 13:02 | Müəllif: Subhan Mahmudov

Tramp əsəbidir, Putinin addım atmasını gözləməkdən yorulub - Rubio

ABŞ prezidenti Donald Tramp Rusiya hakimiyyətinə qarşı səbrini itirir, çünki Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların ləngiməsi onu narahat edir.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalında çıxışı zamanı bildirib.

Dövlət katibi qeyd edib ki, Tramp sülh razılaşmasına nail olmaq və nəhayət Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir.

Lakin Rubionun sözlərinə görə, hazırda ABŞ prezidenti getdikcə daha da əsəbiləşir, çünki Vladimir Putinlə aparılan müsbət telefon danışıqları real nəticə vermir.

“O, səbrini və Rusiya tərəfinin hər hansı addım atmasını gözləmə əzmini itirir”, – deyə Rubio vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026