• Bakı 25° C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Hazır əriştə yeyən uşaq ÖLDÜ

DÜNYA

26 Avqust 2025 | 12:25

Hazır əriştə yeyən uşaq ÖLDÜ

Misirdə üç paket hazır əriştə yeyən şəxs vəfat edib. 

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə  Qahirədə baş verib.

Məlumata görə, 13 yaşlı uşaq məhsulu quru yeyib və təxminən yarım saatdan sonra mədə ağrısı, tərləmə və qusma şikayətlərinə başlayıb. 

Həkimlər onu xilas edə bilməyiblər.

İlkin olaraq hadisənin səbəbinin keyfiyyətsiz əriştədən zəhərlənmə olduğu güman edildiyindən hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə satıcı ilə əlaqə saxlayıblar. Lakin müayinədən sonra məhsulun keyfiyyətli olduğu məlum olub.

Daha sonra mütəxəssislər oğlanın əriştədən zəhərlənmədiyini təsdiqləyiblər. Hadisəyə səbəb məktəblinin onu quru halda istehlak etməsi olub.

Bu, kəskin bağırsaq problemlərinə və ya həzm pozğunluğuna səbəb oldu.

Qeyd edilib ki, bişməmiş hazır əriştə yemək susuzluğa və bağırsaq tıxanmasına səbəb ola bilər. 

Lakin bir müddət əvvəl sosial şəbəkələrdə bu məhsulu bişməmiş yemək tendensiyası məşhur idi.

Mina Mikayılova


SON XƏBƏRLƏR