Marşal Adaları Respublikasında güclü yanğın baş verib. Nəticədə parlamentin binasının yarısı yanaraq külə çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, tezliklə hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar. Səlahiyyətlilər parlament binasının qalan hissəsinin də istifadə oluna bilməyəcəyini bildiriblər.
Tələfat və yanğının səbəbi barədə məlumat yoxdur.
Marşal Adaları arxipelaqı Sakit okeanın mərkəzində, Havay və Avstraliya arasında yerləşir. Onun əhalisi təxminən 42 min nəfərdir və sakinlərin təxminən yarısı paytaxt Macuroda yaşayır.