• Bakı 28° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində işıq olmayacaq - YENİLƏNİB

CƏMİYYƏT

26 Avqust 2025 | 10:48

Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində işıq olmayacaq - YENİLƏNİB

Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumatda qeyd edilir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Binəqədi və Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində 26 avqust tarixində təmir-bərpa işləri həyata keçiriləcək:

"Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək və saat 14:00-dan 15:00-dək Binəqədidə 4 və 5-ci mikrorayonlarda, Mir Cəlal, 20 Yanvar küçələrində, Nərimanovda Xan Şuşinski küçəsi, Ziya Bünyadov küçəsinin bir hissəsi, "Xutor" yaşayış massivinin bəzi yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq".

***

09:04

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (Biləcəri ETSİ) daxil olan bir sıra ərazilərdə gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bakıvaxtı.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri ETSİ-nin ərazisində 26 avqust tarixində 6 kV-luq hava xəttindən qidalanan yeni güc mənbəyi quraşdırılacaq.

    "Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Binəqədi Şossesi, Stroy Detal, Zəngəzur küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq", - məlumatda qeyd olunur.

    Bildirilir ki, gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


    SON XƏBƏRLƏR

    25 Avqust 2025