• Bakı 23° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

İmişlidə zəhərlənənlərin sayı 59-a çatdı

CƏMİYYƏT

25 Sentyabr 2025 | 10:11

İmişlidə zəhərlənənlərin sayı 59-a çatdı

İmişlidə zəhərlənmə ilə bağlı daha 4 nəfər xəstəxanaya müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən Report-a verilən məliumata görə, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.


SON XƏBƏRLƏR

24 Sentyabr 2025