• Bakı 23° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

CƏMİYYƏT

25 Sentyabr 2025 | 10:03

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini Hökumət buluduna köçürüb

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" ölkə Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın tələblərinə uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İT sistemlərini "Hökumət buludu"na köçürüb. İdarə informasiya sistemləri və ehtiyatlarını qismən "AzInTelecom" MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

"AzInTelecom" Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) "bulud" xidmətlərinin göstərilməsini təmin edib.

Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.

"Hökumət buludu" haqqında

"Hökumət buludu" layihəsini AZCON Holding şirkətlərindən olan "AzInTelecom" icra edir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur.


SON XƏBƏRLƏR

24 Sentyabr 2025