“Çoxşaxəli və çoxmasştablı fəalliyyətə malik olan Heydər Əliyev Fondu bugünədək həyata keçirdiyi yüzlərlə uğurlu layihələrilə qısa müddətdən sonra hətta ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda böyük əks-səda yaradıb”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Ulu Öndərin adını daşıyan Fondun 2004-cü ildən Birinci vitse prezident və ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən təsis edildiyini xatırladan Məlahət İbrahimqızı Fondun uğurlu layihələrindən söz açıb. Onun sözlərinə görə, Fondun prezidenti Mehriban Əliyevanın nəcib və humanist, fədakar və yorulmaq bilməyən fəaliyyətinin nəticəsində BMT, UNESCO, İSESCO, ÜST kimi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Heydər Əliyev Fondu ilə, onun rəhbəri ilə çox yaxından əməkdaşlıq edirlər:
“Heydər Əliyev irsinin təbliğində və təşviqində, eləcə də gələcək nəsillərə çatdırılmasında böyük xidmətləri olan Fond eyni zamanda beynəlxalq əməkdalıq çərçivəsindəki fəaliyyəti ilə dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasətə əlavə və böyük töhfələr oldu. Bu gün Fond Azərbaycanda və müxtəlif ölkələrdə həyata keçirdiyi humanitar layihələri ilə ümidsizlərin, imkansızların və çarəsizlərin ümid olub. Minnətdalıqla qeyd etmək lazımdır ki, dünyanın iqtisadi cəhətdən çox məhdud imkanlara malik ölkələrindən, xüsusilə də yoxsulluq dərəcəsi çox yüksək olan ölkələrin yüzlərlər insanı öz problemlətinin həllinin yeganə yolunu Heydər Əliyev Fonduna, onun Prezidentinə və Vitse prezidentinə müraciət etməkdə görürlər”.
Deputat qeyd edib kii, artıq Heydər Əliyev Fondu coğrafiyasından, dinindən, dilindən, dinindən və irqindən asılı olmayaraq, müraciət edən hər kəsin acı və ağrısına böyük diqqət və qayğı ilə dəstək göstərir:
“Sözsüz ki, Fondun bu nəcib missiyyası Azərbaycan xalqının və dövlətinin multikultural dəyərlərlə zəngin humanist mahiyyətinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rolunun olduğunu sübut edir”.
Milli Məclis üzvü bugünlərdə Nyu-Yorkda BMT-nin baş qərargahında təşkilatın yaranmasının 80-ci ildönümünə həsr edilmiş tədbirlərdə dövlətimizin başçısı ilə yanaşı Heydər Əliyev Fondunun prezidentinin, Fondun Vitse prezidentinin də iştirak etdiyini deyib:
“Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və onun qızları eyni zamanda müxtəlif humanitar tədbirlərdə də iştirak ediblər. Məhz sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunmuş “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiyada Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, qızları Leyla və Arzu Əliyevaların iştirakı onların bir daha nəcib məramlarının bariz sübutudur”.
Əli Hüseynov