Azərbaycanda bu ilin birinci yarısında dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarından 130 079 min manat gəlir əldə olunub, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi (108 971,9 min manat) ilə müqayisədə 19,4% çoxdur.
Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, hesabat dövründə dəniz nəqliyyatı ilə yük daşımalarından 129 956 min manat gəlir əldə olunub, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisi (108 151,9 min manat) ilə müqayisədə 20,2% çoxdur.
Onu da qeyd etmək lazımdır ki, cari ilin birinci yarısında dəniz nəqliyyatı ilə sərnişin daşımalarından 123 min manat gəlir əldə olunub ki, bu ba ötən ilin müvafiq dövrünün göstəricisi (820 min manat) ilə müqayisədə 85% azdır.
Xatırladaq ki, Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyun aylarında 4 611,5 min ton yük və 12,8 min sərnişin daşınıb. Bu da illik müqayisədə müvafiq olaraq 11,8% artım və 4,5% azalma deməkdir.