• Bakı 25° C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Evdən 10 min pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

HADİSƏ

26 Avqust 2025 | 12:04

Evdən 10 min pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Paytaxtda evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib.

Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR