• Bakı 25° C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

FIFA dünya çempionatının iştirakçılarının sayını artırır

İDMAN

26 Avqust 2025 | 12:19

FIFA dünya çempionatının iştirakçılarının sayını artırır

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2029-cu ildə keçiriləcək Klublararası Dünya Çempionatının iştirakçılarının sayını 48-ə yüksəltməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Mənbənin məlumatına görə, beynəlxalq turnirdə oynamaq hüququ üçün pley-off oyunlarının sayı da artırıla bilər.

Mundialın İspaniya və Mərakeşdə təşkil edilməsi gözlənilir. 2030-cu ildə bu ölkələr milli komandalar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək.

Qeyd edək ki, 2025-ci ildə ABŞ-də 32 komandanın iştirakı ilə keçirilən FIFA Klublararası Dünya Çempionatının qalibi İngiltərənin “Çelsi” klubu olub.


SON XƏBƏRLƏR