• Bakı 24° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Səfir: Müharibə olmasa, Pezeşkian bu yay Ermənistana gedəcək

DÜNYA

27 Iyun 2025 | 15:46

Səfir: Müharibə olmasa, Pezeşkian bu yay Ermənistana gedəcək

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tehranın İrəvandakı səfiri Mehdi Sübhani məlumat verib.

Onun sözlərinə görə, hazırda prezidentin Ermənistana səfərinin təşkili istiqamətində iş aparılır:

“Hazırkı gərgin şəraitdə belə səfərin planlaşdırılmasını müzakirə etmək üçün Xarici İşlər Nazirliyinin və səlahiyyətli qurumların nümayəndələri ilə görüşmüşəm. Prezidentin səfəri zamanı imzalana biləcək sənədlərin siyahısını mübadilə etdik. Hazırda prezidentin səfəri çərçivəsində planlaşdırılan bütün proqramları da müzakirə edirik. Mümkünsə, müharibənin davam edib-etməyəcəyindən asılı olmayaraq səfər yayda təşkil olunacaq”.


SON XƏBƏRLƏR