• Bakı 23° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Türkiyədə güclü yanğın: 100 nəfər təxliyə edildi

DÜNYA

27 Iyun 2025 | 18:55

Türkiyədə güclü yanğın: 100 nəfər təxliyə edildi

Türkiyənin Bursa şəhərində zeytun ağaclarının olduğu açıq ərazidə yanğın olub.

Bakıvaxtı.az  “Haber Global”a istinadən xəbər verir ki, hadisə Osmanqazi rayonunun Demirtaş məhəlləsində qeydə alınıb.

Yanğın sonra meşəyə, sonra iki min sakinin yaşadığı İsmetiye məhəlləsindəki evlərə sıçrayıb.

Hadisə yerinə helikopterlər, 14 yanğınsöndürən maşın, 139 nəfər yanğınsöndürən cəlb olunub.

Ərazidən 100 nəfər təxliyə olunub, 14 nəfər xilas edilib. Xəsarət alan və ya ölən barədə məlumat yoxdur.

Hadisənin səbəbi hələ məlum deyil.


SON XƏBƏRLƏR

27 Iyun 2025