Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, həmsöhbətlər əsas diqqəti Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyətə yönəldiblər.
Prezident Ərdoğan Fələstin-İsrail münaqişəsinə ən qısa zamanda son qoymağın əhəmiyyətini vurğulayaraq, “iki dövlət” prinsipini bu regionda davamlı sülhün əsası adlandırıb.
Türkiyə lideri rəsmi Parisin Fələstin dövlətinin tezliklə tanınması barəqə qərarını alqışlayıb.
***08:13
Fransa Prezidenti Emmanuel Makronla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə E.Makron “X”dəki hesabında paylaşım edib.
Fransa lideri bildirib ki, danışıq zamanı Qəzzadakı vəziyyət müzakirə edilib.
“Az öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı vəziyyət və iki dövlətli həll konfransının perspektivləri haqqında telefonla danışdım. Hər şey israillilərin və fələstinlilərin sülhü və təhlükəsizliyi üçün edilməlidir”, - Makron sosial şəbəkə hesabında yazıb.















