• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

DÜNYA

28 Aprel 2025 | 18:15

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında qeyri-müəyyən müddətə atəşkəsə nail olmağın zəruriliyini bildirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi Karolin Levitt brifinq zamanı deyib.

"Prezident Donald Tramp aydın şəkildə bildirib ki, ona tam atəşkəs lazımdır", - Ağ Evin nümayəndəsi qeyd edib.

K.Levittin sözlərinə görə, ABŞ Prezidenti Ukrayna münaqişəsinin həlli imkanı ilə bağlı hələ də nikbin əhvali-ruhiyyədədir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.


SON XƏBƏRLƏR