• Bakı 10° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

General-leytenantın yerinə o gəldi - Heydərovdan daha bir yüksək TƏYİNAT

CƏMİYYƏT

28 Aprel 2025 | 15:58

General-leytenantın yerinə o gəldi - Heydərovdan daha bir yüksək TƏYİNAT

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Bakıvaxtı.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

O, buna qədər həm də rəis vəzifəsini müvəqqəti icra edib.

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin əvvəlki rəisi general-leytenant Etibar İsmayılov bir müddət əvvəl təqaüdə göndərilib. Ötən gün isə polkovnik İntiqam Axundlu Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini-qərargah rəisi vəzifəsinə təyin edilmişdir.


SON XƏBƏRLƏR