• Bakı 23° C

    0.31 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Elgünün ölümü ilə bağlı ipucları var - Anasından AÇIQLAMA (VİDEO)

CƏMİYYƏT

28 May 2025 | 15:57

Elgünün ölümü ilə bağlı ipucları var - Anasından AÇIQLAMA (VİDEO)

“Məni, Elgünün dayılarını, sinif yoldaşlarını, ətrafında olan hər kəsi dindiriblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova deyib.

Fizzə Zeynalova prokurorluqda bir neçə dəfə olduqlarını deyib. Bildirib ki, onlara müxtəlif versiyalar üzərində araşdırmalar aparıldığını və ipuclarının olduğu deyilib.

Mərhumun anası səsləndirilən iddialarla bağlı fikirlərini növbəti dəfə bölüşüb:

“Əvvəl avtomobil qəzası dedilər. Sonra intihar versiyasını söylədilər. Hüquq-mühafizə orqanları deyir ki, onlar hər bir variantın üzərində işləməlidirlər. Amma bu hadisənin intihar olması mümkün deyil. Elgünü tanıyan, onun ətrafında olan hər kəs bunu bilir. Həyat dolu bir insan idi. Bu versiya yoxdur. Maşın vurma versiyası və döyülmə versiyasını da istintaqın nəticəsində biləcəyik”.

Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.


SON XƏBƏRLƏR