Dünən axşam saatlarında bir nəfərin "Baksol" adlanan ərazidə kanalizasiya kollektoruna düşdüyü ehtimal olunur.
Bu barədə Bakıvaxtı.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.
Onun sözlərinə görə, axtarışlar aparılır. Əlavə məlumat veriləcək.
***
14:04
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.