• Bakı 25° C

    7.3 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri araşdırılır

CƏMİYYƏT

27 Iyun 2025 | 10:44

Azərbaycanfilm kinostudiyasında baş verən yanğının səbəbləri araşdırılır

"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Bu barədə Bakıvaxtı.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.

Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.


SON XƏBƏRLƏR

26 Iyun 2025