Azərbaycan ordusunun Baş qərargah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Metin Gürakla birgə İstanbulda Sülhməramlılarının Kompüter Dəstəkli Komanda Qərargah Təliminin xüsusi müşahidəçi günündə iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Çoxmillətli Müştərək Müharibə Mərkəzi Komandanlığında həyata keçirilib.
Tədbirdə 17 ölkədən ümumilikdə 360 personal iştirak edib.
***
11:07
Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı Mətin Gürakla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Türk Silahlı Qüvvələrinin X hesabında paylaşım edilib.
Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib.