• Bakı 24° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Sabiq general vaxtından əvvəl azadlığa çıxmaq istədi

CƏMİYYƏT

26 Iyun 2025 | 22:47

Sabiq general vaxtından əvvəl azadlığa çıxmaq istədi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi general-mayor Nizami Şirinov vaxtından əvvəl azadlığa çıxmaq istəyib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şirinov cəzasının çoxunu çəkməsini nəzərə alaraq qalan 6 ayının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə müraciəti əsaslı hesab etməyib. Ərizə geri qaytarılıb. 

Qeyd edək ki, N. Şirinov 2021-ci ilin aprelində həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib. Yekun qədarla generala 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.


SON XƏBƏRLƏR

26 Iyun 2025