• Bakı 16° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Elşad Hacıyevdən Bakıdakı partlayışla bağlı PAYLAŞIM

CƏMİYYƏT

27 Iyun 2025 | 00:32

Elşad Hacıyevdən Bakıdakı partlayışla bağlı PAYLAŞIM

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Bakının Yasamal rayonunda baş verən partlayış və yanğın hadisəsi ilə bağlı ictimaiyyətə açıqlama verib.

Bakıvaxtı.az_ın məlumatına görə, o bildirib ki, paytaxtın Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar olaraq polis əməkdaşları dərhal əraziyə cəlb olunub. Hal-hazırda təhlükəsizlik tədbirləri həyata keçirilir.

Elşad Hacıyev qeyd edib ki, ,ilkin məlumatlara əsasən, hadisə nəticəsində vətəndaşlar arasında xəsarət alan olmayıb. Ərazi tam nəzarətə götürülüb, xidmət təşkil olunub. Həmçinin, yanğının söndürülməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR

10 Noyabr 2025