• Bakı 25° C

    7.3 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Qzılın qiyməti ilə bağlı VACİB XƏBƏR

İQTİSADİYYAT

27 Iyun 2025 | 11:12

Qzılın qiyməti ilə bağlı VACİB XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

Bakıvaxtı.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1,23% və ya 44 dollar azalaraq 3 306.9 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 0,40% azalaraq 36.78 ABŞ dolları olub.

Analitiklər bildirirlər ki, geopolitik gərginliyin azalması (xüsusilə İsrail–İran arasında), ABŞ dollarının güclənməsi və FED-in faiz siyasəti ilə bağlı təşviş qızıl və gümüşə olan tələbi azaldaraq onların qiymətində düşüşə səbəb olub.


SON XƏBƏRLƏR

26 Iyun 2025